Fevralın 5-də İspaniya “LaLiga”sında keçirilən “RCD Mallorca”-“Real Madrid” matçında paytaxt klubunun braziliyalı futbolçusu Vinisius Junioru tribunadan təhqir edən azarkeşlə bağlı İspaniya Ali İdman Şurasının komissiyası qərarını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, komissiya irqçi hərəkətə yol verən azarkeşə 4 min avro cərimə ilə yanaşı, onun 12 ay müddətində bütün idman yarışlarında iştirak etməsinə qadağa qoyub.
Sözügedən azarkeşlə bağlı isə İspaniya Milli Polisi 3 min avro cərimə və 6 aylıq idman yarışlarına qadağa qoyulmasını tələb edib. pizza
Digər tərəfdən, komissiya martın 19-da oynanılacaq “Barcelona”-“Real Madrid” matçını “yüksək riskli” elan edib.
Telegram kanalımız