İş adamları gömrük rəhbərliyi ilə açıq danışdı:   “Malları ləngidirsiniz”

saytların hazırlanması

Evə çatdırılma

İş adamları gömrük rəhbərliyi ilə açıq danışdı: “Malları ləngidirsiniz”

İqtisadiyyat

01 İyun 2019 09:35 2143


Azərbaycan iş adamları gömrük məntəqələrində üzəşdikləri problemləri Dövlət Gömrük Komitəsinin rəhbərlərinə birbaşa görüşdə çatdıra biliblər. 

Bu Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Gömrük Komitəsi arasında yaradılan Əməkdaşlıq Şurasının birinci iclasında baş verib. 

Şuranın iclasında ASK-nı Konfederasiyanın vitse-prezidenti Vüqar Abbasovun rəhbərlik etdiyi sahibkarlardan ibarət nümayəndə heyəti və konfederasiyanın aparat üzvləri təmsil edirdi. Dövlət Gömrük Komitəsindən isə Şuraya komitə sədrinin birinci müavini İsmayıl Hüseynovun başçılıq etdiyi nümayəndələr daxil idi. Dominos pizza

Görüşdə çıxış edən İ.Hüseynov sahibkarların idxal-ixrac əməliyyatlarını rahat və asan şəkildə aparması üçün Dövlət Gömrük Komitəsində aparılan islahatlar barədə danışıb: «Çlışırıq ki, tam fərqli və tam şəffaf işləyək və hər hansı problemi dərhal aradan qaldırırıq».

Dərhal başlayan müzakirələrdə sahibkarlar gömrükdə üzləşdikləri bütün problemləri komitə rəhbərliyinə sadalamağa başlayıblar.

Müzakirələrdə çıxış edən sahibkar Bəşir Quliyev “fresh” (tez xarab olan) kateqoriyasına daxil olan məhsulların keyfiyyətini daha tez itirdiyini vurğulayaraq, gömrükdən keçmə müddətlərinin uzandığını və nəticədə Azərbaycan məhsullarının Rusiya bazarına gec çatdığını, rəqabətdə gerilədiyini söylədi.

“Bilirsiniz ki, bu kateqoriyada bəzən xurma, bəzən isə pomidor birinci olur. İndi pomidor mövsümüdür və əvvəllər Azəraycan məhsulları Rusiya bazarına 4-5 günə çatırdısa, indi bu 7-8 gün çəkir”, deyən B.Quliyev bu problemə diqqət yetirməyi xahiş etdi.

O, eyni zamanda yerli istehsalın artması və investisiya cəlb edilməsi üçün çox önəmli stimul rolunu oynayan təşviq mexanizmlərinin işləməsində çətinliklərin olduğunu, ölkəyə gətirilən avadanlıqların gömrükdən keçirilməsində maneələr yarandığını söylədi.

Sahibkar deyib ki, ölkəyə gətirilən bütün məhsulların ekspertizaya yönləndirilməsi həm ekspertizanın iş yükünü artırır, həm də yüklərin günlərlə yubanmasına səbəb olur. Gömrük məntəqələrindəki kadrlardan öz məsuliyyətləri çərçivəsində yüklərin daha tez gömrükdən keçməsinə şərait yaratmalarını təklif etdi.

Bu məsələlərə münasibət bildirən Komitə rəsmisi bildirib ki, təşviq mexanizmlərinin icrası ilə bağlı bəzi malların kodlarında çətinlik yaranıb. Məsələn, təşviq sənədində “suvarma sistemi” adı ilə göstərilən avadanlıq hissələr şəklində gömrüyə daxil olur, bu zaman həmin hissələrin hamısının kodları təşviqə düşmədiyindən onun sənədləşməsi gecikir və ekspertizaya göndərilir. 

Buna görə də Komitənin təklifi ilə  bu məsələnin həllini tapması məqsədilə Azərbaycan İqtisadiyyat Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Dövlət Gömrük Komitəsinin birgə iclas keçirməsi qərara alındı. Komitə öz növbəsində ilkin təklif kimi təşviq sənədinin hesab-faktura və ya spesifikasiya üzrə verilməsini irəli sürdü. 

Sahibkar Mikayıl Yusif idxal zamanı gətirilən malların dəyəri ilə bağlı hesab-fakturalara baxılmadığını və malların qiymətinin elektron daşıyıcılardakı rəqəmlərlə eyniləşdirilməsi probleminə toxundu. O, həmçinin sahibkarların “Yaşıl Dəhliz”dən istifadə ilə bağlı müraciətlərinin tez cavablandırılmasını xahiş etdi.

ASK-nın vitse-prezidenti Vüqar Abbasov bəzi sahibkarların həqiqətən də hesab-fakturanı dəyişdirdiyini, qiymətləri daha aşağı göstərdiyini qeyd edərək, bu “əməllər”in bütün sahibkarlara şamil olmadığını bildirdi. O, Azərbaycanda uzun müddət sahibkarlıq fəaliyyəti göstərən, qanunlara əməl edən sahibkarların tanındığını vurğulayaraq, onlara qarşı fərqli mövqe tutulmasının vacibliyini diqqətə çatdırdı. 

Komitə sədrinin müavini İ.Hüseynov bu təklifi razılıqla qarşıladı və “Gömrüyün Dostu” siyahısının hazırlanmasını təklif etdi. İ.Hüseynov eyni zamanda ASK-nın üzvlərinin “Yaşıl Dəhliz”ə salınması üçün Komitəyə siyahı əlavə olunmuş rəsmi məktub göndərilməsi təklifini irəli sürdü. “ASK-nın üzvü olan iş adamları Azərbaycan iqtisadiyyatının qaymaqlarıdır”, deyən İ.Hüseynov daha sıx əməkdaşlıq etmək üçün elə yerindəcə İşçi Qrupu yaratdı.  

“Azərbaycanda uçot sistemi qurulur, kölgə iqtisadiyyatına zərbə vurmuşuq. Vergilər Nazirliyi ilə birlikdə uçotu tam qaydasına salandan sonra bütün sahibkarların “Yaşıl Dəhliz”ə keçməsi baş verəcək. Həmçinin Azərbaycanda gömrük qaydalarının sadələşdirilməsi konsepsiyası qəbul ediləcək. Gömrük məntəqəsinə daxil olan yükü saxlamasını əsaslandırmaq üçün gömrük işçisinə 30 dəqiqə vaxt veriləcək, bu vaxt ərzində əsaslandıra bilməsə bəyannamə növbəti rəsmiləşdirmə mərhələsinə keçəcək”, deyən Dövlət Gömrük Komitəsinin sədr müavini 2019-cu il iyulun 1-dən bu qaydaların qüvvəyə minəcəyini bildirdi.

Görüşün sonunda Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən müzakirələr və təkliflərin rəsmiləşdirilərək Dövlət Gömrük Komitəsinə təqdim etməsi qərara alındı.   

Fed.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!