Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə xüsusi təyinatlı nəqliyyat vasitələrini idarə etmək məqsədilə "ekskavator operatoru" vəzifəsində işləmək istəyənlər üçün sənəd qəbulu elan edib.
Bu barədə Yenisabah.az-a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, namizədlərin müvafiq vəsiqə və sertifikatları, sözügdən sahədə 2 ilə qədər iş stajı olmalıdır. Pepperoni pizza
Maraqlananlar əlaqə telefonu göstərməklə müvafiq sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.
Sənəd qəbulu cari ilin 31 avqust tarixinədək həyata keçiriləcək.
Telegram kanalımız