İş günlərinin yeri dəyişdirilib?

saytların hazırlanması

Evə çatdırılma

İş günlərinin yeri dəyişdirilib?

Sosial

04 Dekabr 2025 14:28 715


Azərbaycanda bir sıra universitet və kurslarda bayramla bağlı iş günlərinin yerləri dəyişdirilib.

"Yeni Sabah" Qafqazinfo-ya istinadla xəbər verir ki, bəzi təhsil müəssisələri dekabrın 27-28-i ilə (şənbə-bazar) dekabrın 29-30-u tarixlərində yerdəyişmə ediblər.

Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar hələ heç bir rəsmi məlumat olmasa da, kurs iştirakçılarına və tələbələrə bildirilib ki, onlar həftəsonu dərslərdə iştirak etməlidirlər. pizza sifarişi

Nazirlər Kabinetindən bildirilib ki, bununla bağlı hazırda müvafiq qərar yoxdur.

Xatırladaq ki, 2 həftə əvvəl 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətilin olacağı ilə bağlı məlumat yayılmışdı.

Nazirlər Kabineti 2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərini müəyyən edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!