İşçiləri müqaviləsiz işlədən təsisçiyə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

İşçiləri müqaviləsiz işlədən təsisçiyə cinayət işi açıldı

Maraqlı

15 Noyabr 2022 11:25 761


“İlkin” kəndli (fermer) təsərrüfatının təsisçisi Sadıx Əzimov tərəfindən xeyli sayda işçinin əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə rayon prokurorluğuna daxil olmuş müraciət əsasında araşdırma aparılıb. 

Astara rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, araşdırmalarla Sadıx Əzimovun 15 nəfər şəxsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən çay bağlarında fəhlə kimi işlərin yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda  Cinayət Məcəlləsinin 162-1.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə cinayət işi başlanıb. Toyuqlu pizza

Hazırda istintaq davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!