İşdən çıxarılan rektor haqda ŞOK FAKTLAR - “Dövlət himni oxunanda…”

saytların hazırlanması

Evə çatdırılma

İşdən çıxarılan rektor haqda ŞOK FAKTLAR - “Dövlət himni oxunanda…”

Maraqlı

19 İyul 2022 17:05 6484


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Akif Süleymanovun Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Yenisabah.az xatırladır ki, A.Süleymanov uzun illərdir ağır xəstəlikdən əziyyət çəkirdi. O, səhhəti ilə əlaqədar olaraq 2020-ci ilin əvvəllərindən etibarən rektor səlahiyyətlərini faktiki olaraq yerinə yetirə bilmirdi. İşə 3-4 nəfərin köməkliyi ilə gəlib-gedən Süleymanov ali təhsil ocağının idarə olunmasında heç bir rol oynamırdı. Səhhətinin getdikcə ağırlaşması üzündən nəinki tədbirlərdə çıxış edərkən, hətta Azərbaycanın dövlət himni oxunarkən də yerindən qalxa bilmirdi. Bununla bağlı sosial şəbəkələrdə də tez-tez müxtəlif görüntülərə rast gəlmək olurdu.

Azərbaycan Texnologiya Universitetində çalışan müəllimlərin iddiasına görə, adıçəkilən təhsil müəssisəsinə de-fakto rəhbərliyi Akif Süleymanovun biznes fəaliyyəti ilə məşğul olan oğlu Şamil Süleymanov həyata keçirirdi. Təhsil sektoruna tamamilə yad olan Şamil Süleymanovun ATU-da strateji postlara öz yaxın dostlarını təyin etməsi təhsil müəssisəsində çalışan müəllimlərin ciddi etirazına səbəb olmuşdu.  Dördpendirli pizza

Müəllimlərin fikrincə, Akif Süleymanovun işdən çıxarılması universitetdə köklü kadr dəyişiklikləri ilə müşahidə olunacaq.

ƏSMƏTXANIM 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!