İşdən çıxarıldığı iddia olunan fəhlə ilə bağlı rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

İşdən çıxarıldığı iddia olunan fəhlə ilə bağlı rəsmi açıqlama

Sosial

10 Aprel 2020 18:41 715


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) videoçıxışı yayılan Taleh Bəşirovun işdən azad edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov dünən Taleh Bəşirovun işdən azad edilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşılan məlumatların əsassız olduğunu deyib:

"Taleh Bəşirovun işdən çıxarılması ilə bağlı məlumat yayılandan sonra bu gün səhər Nazirlikdən onu işə götürən tikinti şirkətilə (“Maximus” MMC) əlaqə saxlanılıb. Talehin heç bir halda işdən çıxarılmaması tövsiyə edilib. Hazırda Talehin əmək müqaviləsi (250 azn maaşla) qüvvədədir. Sezar pizza

Bu gün səhər Nazirlikdən Talehlə də əlaqə saxlanılıb və narazılığının səbəbi soruşulub.

Əlilliyi olan şəxs kimi pensiya alan Taleh Bəşirov Nazirliklə bağlı probleminin və narazılığının olmadığını, mütəmadi olaraq reabilitasiya vasitələri ilə təmin olunduğunu (son dövrdə 19 dəfə) deyib. Videoda dediklərini də hansısa məlumatı yanlış anladığından əsəbləşərək söylədiyini və bundan təəssüfləndiyini bildirib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!