İşdən çıxarılmadığını deyən direktor barəsində tədbirlər görüləcək

saytların hazırlanması

Evə çatdırılma

İşdən çıxarılmadığını deyən direktor barəsində tədbirlər görüləcək

Sosial

22 May 2025 00:20 645


"Səhhətimdə heç bir problem yoxdur".

Yenisabah.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında işdən çıxarıldığı iddia edilən 158 nömrəli məktəbin direktoru Mehriban Ələkbərova deyib.

O, hazırda işdə olmadığını və onun haqqında yazılanlardan xəbərsiz olduğunu bildirib: Dominos pizza

"Hazırda işdə deyiləm. Hər şey qaydasındadır. İşdən də çıxmamışam".

Qeyd edək ki, Bakı şəhəri 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmadığı üçün direktor vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.

Təhsil İdarəsindən isə bildirilib ki, Mehriban Ələkbərova işə qayıtdıqdan sonra onun barəsində qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!