77 nəfər işinə bərpa edildi

saytların hazırlanması

Evə çatdırılma

77 nəfər işinə bərpa edildi

Sosial

16 İyul 2019 11:31 1276


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin birinci yarımilində vətəndaş müraciətlərinin araşdırılması zamanı 77 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Nazirlikdən "Yeni Sabah"a verilən məlumata görə, xidmətin qanunvericiliyə uyğun olaraq gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Vətəndaşların bir qisminin Xidmətə müraciətlərində isə onlara sosial xarakterli ödənişlərin verilməsinin gecikdirildiyi ifadə olunub. Bununla əlaqədar görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər tərəfindən ümumilikdə 51,4 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib.

Həmin məbləğin 93,1 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlərin ödəməli olduqları müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!