İşdən qovulduğunu öyrənən qadın müdirinə hücum etdi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İşdən qovulduğunu öyrənən qadın müdirinə hücum etdi - VİDEO

Hadisə

17 Yanvar 2024 17:04 634


ABŞ-ın Atlanta bölgəsində hava limanında çalışan bir qəhvəxana işçisinin işdən çıxarıldığını öyrənməsi qalmaqala səbəb olub. Bu qərardan əsəbiləşən qadın müdirinə hücum edib və polislər hadisə yerinə gələnə qədər onu döyüb. 

Yenisabah.az xəbər verir ki, həmin anlar müştərilər tərəfindən mobil telefonlarla saniyə-saniyə lentə alınıb. 

Belə ki, Corciya ştatının Atlanta şəhərində hava limanındakı kafedə işləyən Şakoriya Elli adlı qadın iş yoldaşı ilə mübahisə etdikdən sonra işdən qovulub. pizza hut

İşdən çıxarıldığına əsəbiləşən və ona qarşı haqsızlıq edildiyini düşünən Elli müdirinə hücum edib. Əşyalarının özünə qaytarılmasını istəyən gənc qadının isteriya keçirdiyi anlar yaxınlıqdakı müştərilər tərəfindən görüntülənib. 

Gənc qadının “Əşyalarımı ver” - deyə qışqıran zamanı müdirinin ona şillə vurması ilə mübahisə daha da qızışıb. Polisin verdiyi məlumata görə, Ellinin hava limanı nişanı müsadirə edilib. 

Əsmətxanım Rzazadə 

 Həmin kadrları təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!