İşə düzəltmək adı ilə aldadıb pulunu aldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

İşə düzəltmək adı ilə aldadıb pulunu aldı - Foto

Kriminal

06 May 2020 12:12 816


Tovuzda dələduzluq hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Tovuz rayonunda vətəndaşın etimadından sui-istifadə etməklə dələduzluq yolu ilə onu işə düzəltmək adı altında aldadan və maddi vəsaitini ələ keçirən şəxs saxlanılıb.

Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının rayon sakinindən daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, Ağcabədi rayon sakini Zaur Sadıqov saxlanılıb.  pizza hut

Araşdırma zamanı müəyyən edilib ki, Z. Sadıqov bir neçə ay əvvəl Tovuz rayonu ərazisində rayon sakininə işlə təmin edəcəyinə söz verərək onu dələduzluq yolu ilə aldadıb. Hələlik polisə rəsmi şəkildə müraciət edə edən 1 nəfər zərərçəkəni bu üsulla aldadan Z.Sadıqov ümumilikdə onun 1 000 manata yaxın pulunu ələ keçirdiyini etiraf edib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in “102” Zəng Mərkəzinə, Tovuz RPŞ-nə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!