“İşə getmək icazəsi olanların digər hallar üçün SMS-ə ehtiyacları yoxdur” - İbrahim Məmmədov

saytların hazırlanması

Evə çatdırılma

“İşə getmək icazəsi olanların digər hallar üçün SMS-ə ehtiyacları yoxdur” - İbrahim Məmmədov

Sosial

03 Aprel 2020 21:39 1350


“Nazirlər Kabineti tərəfindən işə getmək icazəsi olan qurum əməkdaşları mağazaya, aptekə gedən zaman icazə üçün SMS lazım deyil”.

Yenisabah.az xəbər verir ki, bunu Real TV-yə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Nazirlər Kabinetinin rəsmisi bildirib ki, həmin qurumun əməkdaşları fasiləsiz işləyirlər: pizza mizza

“İcazə almamalıdırlar. Xüsusi karantin rejimini tənzimləyən 124 nömrəli qərara görə, onlar 24 saat sərbəstdirlər, Yəni onların zəruri ehtiyacları üçün SMS-lə icazəyə ehtiyacı yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!