İsfəndiyar Axundov Elman Nəsirovun qızına ev verir -   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

İsfəndiyar Axundov Elman Nəsirovun qızına ev verir - AÇIQLAMA

Sosial

27 Oktyabr 2025 17:34 14179


“Elman Nəsirov ictimai xadimdir. Millət üçün, xalq üçün o, əhəmiyyətli adamdır. Onun nüfuzuna xələl gəlməməsi və adı hallanan qadın Elman müəllimin bir ürək parçası olduğu üçün bu məsələyə öz dəstəyimi göstərmək istəyirəm”.

“Yeni Sabah” xəbər verir ki, bunu "Şərur MTK"nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) deyib.

O bildirib ki, həmin qadına 5 il müddətində yaşamaq üçün ev verirəm: Sezar pizza

“Qoy gəlib yaşasınlar. 5 ildən sonra mənzili geri qaytararlar. İstəyirəm ki, Elman müəllim haqqında gəzən söz-söhbət aradan yığışsın. Nəzərə alın ki, Elman müəllim mənim əqidə yoldaşımdır. İkimiz də YAP-ın üzvüyük. Ona görə də onu müdafiə etmək, dəstək göstərmək bizim borcumuzdur”.

Qeyd edək ki, bir neçə gün əvvəl Millət vəkili Elman Nəsirovun birinci evlilikdən olan qızı Laləzər Əliyevə sosial şəbəkədə çıxış edərək atasından gileylənib. (News365.az) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Süsən
    İsfəndiyar Axundov mənədə bir çənxil versin; suyu işığı və qazı daimi olsun. Mən öləndən sonra həmin ev İsfəndiyar Axundovun övladı və ya yaxın adamları özlərinə götürsünlər. Çünki mənim varisim yoxdur. Mən rahat yaşayım.
    7 months ago