“İşğal olunmuş ərazilərin Azərbaycana qaytarılması böyük bir uğurdur“ - Əli Əkbər Vilayəti

saytların hazırlanması

Evə çatdırılma

“İşğal olunmuş ərazilərin Azərbaycana qaytarılması böyük bir uğurdur“ - Əli Əkbər Vilayəti

Dünya

17 Noyabr 2020 09:44 1118


“İşğal olunmuş şəhərlər azad olunmalı idi, Azərbaycan xalqı bunu etdi və onlara bu münasibətlə təbrik deyirəm”.

Yenisabah.az xəbər verir ki, bunu “Beynəlxalq İslami Oyanış Assambleyası”nın təşkilatçılığı ilə “Ali rəhbərin Dağlıq Qarabağ haqqında baxışları” mövzusunda keçirilən videokonfransdakı çıxışında İranın Ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

“İran Azərbaycan və Ermənistanla, həmçinin Azərbaycanın bir hissəsi olan Naxçıvanla müştərək sərhədə sahibdir”, - deyən Ə.Vilayəti bildirib ki, bögədə bu xüsusiyyətə sahib olan başqa bir ölkə yoxdur: “Bu səbəbdən məntiqlidir ki, İran Azərbaycan və Ermənistanın qonşusu olaraq bu məsələyə ciddi yanaşsın və iştirak etsin. Ali rəhbər Qarabağ məsələsi ilə bağlı təkid edib ki, Azərbaycanın işğal olunmuş ərazisi bu ölkəyə geri qaytarılmaldıır. Bu bölgənin Azərbaycana qaytarılması böyük bir uğurdur. Ali rəhbər, həmçinin təkidlə vurğulayıb ki, beynəlxalq sərhədlər pozulmamaldır və düşünür ki, bütün münaqişələrin kökü beynəlxalq sərhədlərin pozulmasındadır ki, buna diqqət olunmalıdır. Düşünürük ki, İran İslam Respublikasının milli təhlükəsizliyi qonşu ölkələrin sabitliyi və təhlükəsizliyinin təmini olmadan mümkün deyildir”. pizza mizza

İranın Ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri bildirib ki, işğal olunmuş ərazilər azad olunmalı idi və Azərbaycan xalqı bunu etdi: “Mən onları bu münasibətlə təbrik edirəm. Çünki biz Azərbaycanla qardaşlıq, dostluq, tarixi və mədəni əlaqələrə sahibik”. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!