İşğaldan azad edilmiş iki kəndin adı dəyişdirilir

saytların hazırlanması

Evə çatdırılma

İşğaldan azad edilmiş iki kəndin adı dəyişdirilir

Hadisə

13 Noyabr 2020 17:56 1448


İşğaldan azad edilmiş iki kəndə yeni ad verilir.

Yenisabah.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə edilib.

İclasda “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında qanun layihələri” daxil edilib. Toyuqlu pizza

Layihələrə əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılır. Ölkəmizin Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!