İşğaldan azad olunan ərazilərdə villalar tikilir

saytların hazırlanması

Evə çatdırılma

İşğaldan azad olunan ərazilərdə villalar tikilir

Sosial

14 Oktyabr 2025 14:14 2047


Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni mənzil və villalar istifadəyə veriləcək.

“Yeni Sabah” Oxu.az-a istinadla xəbər verir ki, bunu PMD Group MMC-nin daşınmaz əmlakın inkişafı üzrə direktoru Kamil Əliyev 30-cu yubiley "Xəzər İnşaat Həftəsi" çərçivəsində bildirib.

Onun sözlərinə görə, böyük turizm potensialına malik Hadrutda 28 evdən ibarət kompleksin inşası artıq başa çatıb: pizza sifarişi

"Bu ilin sonunadək tam təchizatlı evlər və villalar icarəyə təqdim olunacaq. Bundan başqa, Ağdamda ilk yaşayış kompleksi artıq sakinlərini qəbul edir. Ötən il 130 otaqlı "Aghdam City Hotel"in açılışı baş tutub. Ağdamda yaşayış kompleksinin ikinci və üçüncü fazaları üzrə inşaat işlərinə bu ilin sonunda başlamağı planlaşdırırıq. Layihə çərçivəsində 480 mənzil və 6 700 kvadratmetr qeyri-yaşayış sahəsi satış ofisləri vasitəsilə təqdim olunacaq".

Kamil Əliyev əlavə edib ki, bu ilin sonundan etibarən Zəngilanda 100 otaqlı şəhər hotelinin tikintisinə başlanılması nəzərdə tutulur:

"Suqovuşanda isə villa kompleksinin inşası artıq tamamlanıb və villalar tam hazır vəziyyətə gətirilib", - deyə şirkət rəsmisi vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!