İşğaldan azad olunmuş ərazilərdə bu ağac növləri əkilir

saytların hazırlanması

Evə çatdırılma

İşğaldan azad olunmuş ərazilərdə bu ağac növləri əkilir

Hadisə

18 Noyabr 2020 11:48 1562


İşğaldan azad olunmuş Zəngilan rayonunun ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, rayonda xidməti vəzifələrinin icrasına başlayan Daxili İşlər, Müdafiə Nazirlikləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının iştirakı ilə Şərq çinarları əkilib. 

Nazirliyin mətbuat katibi İradə İbrahimova yenisabah.az-a bildirib ki, payız ağac əkini mövsümündə Azərbaycanın bütün bölgələrində olduğu kimi işğaldan azad olunmuş ərazilərimizdə də müxtəlif cinsli ağaclar, əsasən də Şərq çinarları əkilir. 

“Ötən həftə Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də Şərq çinarları əkilib və palıd toxumları səpilib”.  pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!