“İşğalla barışmayın!” - Prezidentdən ukraynalılara məsləhət

saytların hazırlanması

Evə çatdırılma

“İşğalla barışmayın!” - Prezidentdən ukraynalılara məsləhət

Siyasət

19 İyul 2025 18:33 490


Ukrayna vətəndaşlarına məsləhətim - heç vaxt işğalla barışmayın.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablandırarkən deyib.

Jurnalist Azərbaycan Prezidentindən müharibə şəraitində Ukrayna xalqına nə məsləhət verə biləcəyini soruşub. pizza

“Bu, bizim də etdiyimiz addım olub. Danışıqlar prosesi dövründə - mən 2003-cü ilin sonundan bu prosesin içində olmuşam - 17 il ərzində çoxsaylı təkliflər və görüşlər baş tutub. Bizə reallıqlarla barışmalı olduğumuz barədə saysız-hesabsız mesajlar verilib”, - deyə Prezident əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!