İsgəndər Həmidov AXH-dən uzaqlaşdırılır? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

İsgəndər Həmidov AXH-dən uzaqlaşdırılır? - Açıqlama

Siyasət

08 Aprel 2019 16:39 1422


Xəbər verdiyimiz kimi Real TV Azərbaycan Xalq Hərəkatı ilə bağlı sensasion xəbər yayıb. “Mirşahinin vaxtı” proqramında hazırda İngiltərədə olan Qurban Məmmədovun hərəkat rəhbərliyində olan şəxslərdən biri ilə yazışması telekanalda nümayiş edilib. Qarşı tərəfin kimliyi açıqlanmayıb. Yazışmalardan belə bəlli olur ki, sabiq daxili işlər naziri İsgəndər Həmidov hədəfdir və məqsəd onun AXH-dən uzaqlaşdırılmasıdır.

Bununla bağlı  AXH-nin dönəm sədri, AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, bunu kimsə AXH-də qarşıdurma üçün ortalığa atıb:

“Belə bir yazışmanın olduğunu dünən öyrənmişəm. Bu məlumatı aldıqdan sonra kiçik və çox sadə bir araşdırmayla məlum oldu ki, belə bir yazışma olmayıb. Çox böyük güman ki, bunu kimsə AXH-də qarşıdurma və nifaqı artırmaq üçün ortalığa atıb. Çünki bu gün hər kəs AXH-nin bütöv və tam qalması üçün çalışır. Birdən-birə bu qədər adamın hərəkatdan qovulması AXH-yə nə xeyir gətirə bilər ki? Bu sözün əsl mənasında cəfəngiyyatdır”. pizza sifarişi

T.Abbaslının fikrincə, bilərəkdən kimlərisə qaralamağa çalışırlar:

“Ya kimsə bilməyərək hansısa oyunun tərkib hissəsi kimi belə bir uydurma "yazışmanı" ortalığa atıb, ya da bilərəkdən kimlərisə qaralamağa çalışırlar. Ümumiyyətlə belə gülməli və cəfəng məsələlərə vaxt ayırmağı lüzumsuz hesab edirəm”.

Günay Rəsulqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!