Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov dəfn edilib.
"Yeni Sabah" xəbər verir ki, İ. Həmidov Sulutəpə qəsəbəsində yerləşən Çiçək yaşayış sahəsinin qəbiristanlığında torpağa tapşırılıb. O, mərhum həyat yoldaşının məzarı yanında dəfn olunub.
İ. Həmidovun dəfn mərasimində əqidədaşları, ictimai-siyasi xadimlər iştirak edib.
Mərhumun məzarı üzərində Azərbaycan himni oxunub. /Qafqazinfo
https://cdn.yenisabah.az/files/defn.jpg
https://cdn.yenisabah.az/files/defnn.jpg Telegram kanalımız