İsgəndər Həmidov həyat yoldaşının yanında dəfn olunacaq

saytların hazırlanması

Evə çatdırılma

İsgəndər Həmidov həyat yoldaşının yanında dəfn olunacaq

Siyasət

26 Fevral 2020 10:29 12032


Dünən gecə dünyasını dəyişən sabiq daxili işlər naziri İsgəndər Həmidov bu gün torpağa tapşırılacaq. Bu barədə Yenisabah.az saytına Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı məlumat verib. Qələndər Muxtarlı deyib ki, sabiq nazirin nəşi hazırda Baku City Hospitaldadır. Onun sözlərinə görə, İsgəndər Həmidovun nəşi təxminən bir saat ərzində Göy məscidə yuyata aparılacaq. Qələndər Muxtarlı mərhumun Sulutəpə qəbiristanlığında uyuyan həyat yoldaşı Rəna Həmidovanın yanında dəfn olunacağını bildirib.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!