İsgəndər Həmidovu Mərkəzi Klinikadan niyə çıxarıblar? – Səbəb

saytların hazırlanması

Evə çatdırılma

İsgəndər Həmidovu Mərkəzi Klinikadan niyə çıxarıblar? – Səbəb

Sağlamlıq

06 Fevral 2020 06:44 1655


“İsgəndər Həmidovun vəziyyəti stabil-ağır olaraq qalır, maliyyə sıxıntıları ilə əlaqədar olaraq ailəsi xəstəxana seçimini dəyişdi”.

“Yeni Sabah” xəbər verir ki, bunu Modern.az-a keçmiş Daxili İşlər naziri İsgəndər Həmidovun yerləşdirildiyi xəstəxananın həkimi Adil Qeybulla bildirib. O, İ.Həmidovun reanimasiyada olduğunu deyib:

“İsgəndər Həmidov əvvəl "City Hospital"a gətirildi, ilkin yardım olunaraq, süni nəfəs verildi. Daha sonra Mərkəzi Klinikanın Reanimasiya şöbəsində imkanlar daha geniş olduğu üçün xəstə ora küçürüldü. 10 gün Mərkəzi Klinikada qalandan sonra ailədaxili maliyyə sıxıntıları olduğu üçün İsgəndər Həmidov yenidən "City Hospital"a köçürüldü. Burada da həmin müalicə yenə süni tənəffüs aparatı ilə davam etdirilir. Hazırda vəziyyəti stabil-ağır olaraq qalır”. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!