İsgəndər tutuquşları bu məhəllənin sevinc mənbəyinə çevrildi - Video

saytların hazırlanması

Evə çatdırılma

İsgəndər tutuquşları bu məhəllənin sevinc mənbəyinə çevrildi - Video

Dünya

27 Aprel 2020 13:24 936


İstanbulun Avcılar bölgəsində 10-dan çox İsgəndər tutuquşu maraqlı görüntü yaradıb.

Yenisabah.az xəbər verir ki, quşlar koronavirus səbəbilə evdən çıxa bilməyən insanları olduqca əyləndirib. Sakinlərin sözlərinə görə, onlar koronavirus yayıldığından bəri 3 ağacdan əl çəkmirlər:

"Bu tutuquşları koronavirus günlərində insanlar üçün sevinc mənbəyidir. Bütün qonşular onları seyr edir. Sadəcə 3 ağacda yuva qurublar. Həmişə burdadırlar. Qonşular ağacın altına su və yem qoyur. Buraya gəlmələrinin səbəbi küçəyə çıxma qadağası nəticəsində yaranan səssizlik ola bilər. Qonşular onların burada çoxala biləcəyini deyir". pizza sifarişi

Bildirək ki, daha çox tropik bölgələrdə rast gəlinən İsgəndər tutuquşları Türkiyənin çöl həyatında görülən iki növdən biridir. Adətən, Pakistan, Əfqanıstan və Hindistan kimi Asiya ölkələrində yaşayan, soyuğa dözümlü bu quşlar 48-58 santimetr böyüklüyündə olurlar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!