İŞİD-ə qarşı əməliyyat: 18 əcnəbi saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

İŞİD-ə qarşı əməliyyat: 18 əcnəbi saxlanıldı

Maraqlı

07 Mart 2023 14:36 676


Türkiyənin paytaxtı Ankara şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 18 xarici ölkə vətəndaşı saxlanılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. 

Məlumata görə, Ankara Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi tərəfindən görülən tədbirlər nəticəsində İŞİD-lə əlaqədə olduğu müəyyən edilən 20 əcnəbi şübhəliyə qarşı əməliyyat keçirilib.  pizza sifarişi

Şəhər daxilində eyni vaxtda təşkil edilən əməliyyatlarda 18 nəfər saxlanılıb. 

Bildirilib ki, saxlanılan şəxslər dindirilmələrdən sonra deportasiya edilmək üçün Miqrasiya İdarəsinə təhvil veriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!