“İşimin başındayam, çıxmamışam” – Sürücünün söydüyü yol polisindən   Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“İşimin başındayam, çıxmamışam” – Sürücünün söydüyü yol polisindən Açıqlama

Sosial

24 Sentyabr 2019 16:13 972


Bir neçə gün əvvəl Bakıda sürücü Fəxrəddin Nəsirov tərəfindən ağır küçə söyüşləri ilə təhqir olunan Nərimanov rayon Yol Polisi Şöbəsinin tağım komandiri Mehdi Səlimov tutduğu vəzifədən azad olunması barədə danışıb. 

"Yeni Sabah" xəbər verir ki, Mehdi Səlimov "demokrat.az"a açıqlamasında hazırda iş başında olduğunu bildirib. 

"Mən hələ işimin başındayam, çıxmamışam. Ancaq təqaüdə çıxmağım barədə raport yazmışam, yəqin ki, yaxın vaxtlarda pensiyaya göndəriləcəm".  Toyuqlu pizza

Mehdi Səlimov hələ iş qabiliyyətinin olduğunu da söyləyib:

"Hələ iş qabiliyyətimi itirməmişəm, yol polisində qalıb işləmək istərdim. Ancaq şərait elə gətirdi ki, artıq bu vəzifədən getməliyəm. Rəhbərlik belə qərar qəbul edib. Mənə polis sistemində başqa vəzifə də təklif edildi. Məni polis orqanından xaric etməyiblər. Ancaq mən özüm qərar verdim ki, pensiyaya gedim".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!