İşıq, qaz “sabit tarifə” keçir: Necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

İşıq, qaz “sabit tarifə” keçir: Necə olacaq?

Sosial

11 İyun 2025 00:13 3829


Uzun müddətdir Azərbaycanda elektrik enerjisi və təbii qazın verilməsində limitlərin ləğv olunması məsələsi müzakirəyə çıxarılırdı. Ancaq limitlərin ləğv olunması nə ilə nəticələnə bilər və bunun qiymət dəyişikliklərinə səbəb olub-olmaması sual yaradır. Azərbaycan enerji ölkəsidir və biz elektrik enerjisini istehsal etməklə yanaşı, ixrac da edirik – o cümlədən də qaz. Ona görə də limitlər ləğv olunmaldır. Amma ümid edirəm ki, limitlərin ləğv olunması ilə paralel qiymət artımı həyata keçirilməz.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Milli Məclisdə müzakirə olunan elektrik enerjisi və qaz təchizatı ilə bağlı sabit tarif təklifini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, limit ləğvi və sabit tarifə keçid zamanı qiymətlərin 20% civarında artma ehtimalı var: Toyuqlu pizza

“Hesab edirəm ki, qiymət artımı olarsa, bu, biznesə də mənfi təsir göstərəcək və ümumilikdə ölkədə inflyasiyaya təkan verəcək. Ona görə də ümid edirəm ki, bahalaşma olmayacaq”, - ekspert bildirib.

Qeyd edək ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” yeni qanun layihəsində sabit aylıq tarif tətbiq edilməsi təklif olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    KƏNDLƏRİMİZ QAZSIZ QALDIĞI, HALDA HÖKUMƏT AVROPANI QAZLA TƏMİN EDİR.
    11 months ago