İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarıldı

Siyasət

16 Oktyabr 2025 00:59 592


Rusiyanın Ulyanovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri vətəndaşlıqdan çıxarılıb.

Globalinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ulyanovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri, “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai birliyinin sədri, 56 yaşlı İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılıb.

Onun ölkədən deportasiya ediləcəyi bildirilir. Toyuqlu pizza

Məlumata görə bu, regional Daxili İşlər Departamenti və FSB-nin Ulyanovsk vilayəti üzrə idarəsinin birgə qərarı olub. Qərarın səbəbi ilə bağlı məlumat verilməyib.

İslam Hüseynovun özü də mətbuata açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, İslam Hüseynovun Rusiya vətəndaşlığını hələ 1990-cı illərdə aldığı bildirilir. O 2005-ci ildən “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai birliyinə rəhbərlik edir. O, son vaxtlara qədər qubernatorun milliyyət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!