Özbəkistanın mərhum prezidenti İslam kərimovun nəvəsi rusiyalı bloqerə ərə gedib.
Yenisabah.az “Strahit”ə istinadla xəbər verir ki, bəy YouTube-da “Dnevnik xaça” kanalının müəllifi Amiran Sərdarovdur. Onun İslam Kərimovun nəvəsi Mariam Tillyayeva ilə qanuni nikahı və toyu Las Veqasda baş tutub. Mərasimdə yaxın qohumlar və dostlar iştirak ediblər.
Lola Kərimovanın ən kiçik varis qızı ABŞ-a 14 yaşında köçüb. Amiran Sərdarov isə bu yaxınlarda Rusiya Federasiyasını tərk edib. Toyuqlu pizza
Gənc Mariam sevgilisindən 13 yaş kiçikdir. Bloqerin videosunda artıq bir dəfədən çox "görünməsinə" baxmayaraq, sevgililərin heç biri romantik münasibətlərini rəsmən təsdiqləməyib. Bu yaxınlarda Mariam gəlinlikdə bir fotoşəkil paylaşıb və yaxşı həyat yoldaşı olacağını söyləyib.
"Mən çox gülməli və şirin qızam, – deyə o, zarafatla yazıb. Yalnız Castin Biber xatirinə hər an sevgilimdən ayrılmağa hazıram".
"Starhit" in verdiyi məlumata görə, Amiran və Mariamın toyu lüks ziyafət salonunda keçirilib və Elvis Presli cildinə girən bir aktyor gənc cütlükləri evləndirib.
Telegram kanalımız