İşlədiyi dayanacaqdan avtomobil qaçırdı

saytların hazırlanması

Evə çatdırılma

İşlədiyi dayanacaqdan avtomobil qaçırdı

Kriminal

08 Aprel 2019 15:56 861


Bakıda dayanacaqdan avtomobil oğurlayan gözətçi saxlanılıb.

DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Səmədov aprelin 7-də Ə.Əliyev küçəsində yerləşən dayanacaqdan “Mitsubishi” markalı avtomobilinin qaçırıldığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Sezar pizza

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin dayanacaqda gözətçi işləyən paytaxt sakini M.Məmmədov polis əməkdaşları tərəfindən Suraxanı rayon ərazisində avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!