“İşləyən, maddi durumu yaxşı olan, yüksək pensiya və müavinət alan adamlar da...”   - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“İşləyən, maddi durumu yaxşı olan, yüksək pensiya və müavinət alan adamlar da...” - Açıqlama

Sosial

24 Aprel 2020 13:27 1527


"Qaydalar təsdiq edildikdən iki gün sonra , yəni aprelin 9-dan birdəfəlik ödəmə (190 manat) vəsaitləri gündəlik olaraq köçürülür. Artıq 350 min şəxsə ödəniş edilib və proses davam edir".  Pepperoni pizza

Yenisabah.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. O qeyd edib ki, birdəfəlik ödəmə ilə bağlı müraciətlər 22 elektron informasiya bazası üzərindən araşdırılır: "Bu araşdırmalar həqiqətən aztəminatlı işsiz və xüsusi karantin dövründə qazancını itirən qeyri-formal işləyən şəxsləri müəyyən etmək və 190 manatlıq ödənişi məhz bu kateqoriyadan olan, dövlətdən sosial ödənişlər almayanlara təyin etmək məqsədi daşıyır. Lakin müraciətlərin təhlilləri onu göstərir ki, əslində maddi imkanları yetərli, məşğul əhali qrupuna aid olan, dövlətdən müxtəlif sosial ödənişlər, hətta yüksək pensiya və müavinət alan vətəndaşlar da aztəminatlı işsizlər üçün nəzərdə tutulan vəsaiti əldə etməyə cəhd edirlər. Bu günədək baxılmış müraciətlərdə müqavilə ilə işləyən və əmək haqqı alanlar 260 min, aktiv VOEN-i olan 160 min,dövlətdən müxtəlif sosial ödənişlər və yardım alan 150 min, ölkə xaricindən müraciət edən 60 min (bu şəxslər ölkə xaricində olduğu üçün Azərbaycanda işsiz kimi qeydiyyatdan keçə bilməzlər) , özünün və ya həyat yoldaşının mülkiyyətində müxtəlif ünvanlarda 2 və daha artıq daşınmaz əmlak olan 29 min, icarəyə verdikləri obyektlərdən gəlir əldə edən 9 min insan müəyyənləşib.Təbii ki, bütün bu müraciətlərə imtina cavabı verilir".  Pepperoni pizza

  Pepperoni pizza

  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!