“Varım-yoxum paltarlarım və mahnılarımdır. Başqa heç nəyim yoxdur".
Yenisabah.az xəbər verir ki, bu sözləri Xəzər TV-də yaylmlanan "Evdəkilərə salam" verilişində evini göstərən Əməkdar artist Mətanət İsgəndərli deyib.
Sənətçi heç vaxt kirayə paltar götürmədiyini bildirib: "Heç vaxt kirayə paltar götürməmişəm, ya tikdirirəm, ya da alıram. Geyimlərim mənim ölü kapitalımdır". pizza mizza
Dəbdəbəli evini göstərən xanım müğənni ev işlərini köməkçisinin gördüyünü bildirib: "Bu evdə 15 ildir yaşayıram. Deyirlər ki, müğənnilər evdə işləmirlər. Yazıq canımız... Biz evə elə yorğun gəlirik ki, ev işləri ilə məşğul olmağa vaxt olmur. Evin çox işlərini yardımçım edir. Özüm iş görəndə əllərimi görə bilməzsiniz. Cəld iş görürəm".
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız