Dünya ismaili şiələrinin lideri IV Kərim Ağa xan vəfat edib.
Yenisabah.az Indypersian-a istinadla xəbər verir ki, 1979-cu il inqilabına qədər IV Ağa Xan İran şah İranının pasportuna malik idi. 1964-cü ildə Avstriyanın İnsbruk şəhərində keçirilən Qış Olimpiya Oyunlarında Kərim Ağa Xan slalom və xizək sürmədə iştirak edən 4 İran idmançısından biri idi.
Kərim Ağa Xanın babası 1948-ci ildə Məhəmməd Rza şahdan “Həzrət Vəla” titulunu alıb. İsmaili lideri Şahbanu Fərəh Pəhləvi ilə yaxın dost olub. Dominos pizza
Ağa Xan ailəsi son 2 əsrdə beynəlxalq məsələlərdə böyük rol oynayıb. 70 ildən artıq ismaililərin imamı olmuş III Ağa Xan Hindistan yarımadasının siyasətində mühüm rol oynayıb. O, Bütün Hindistan Müsəlman Liqasının yaradıcılarından biri və onun ilk prezidenti idi. İsmaili-şiə lideri Hindistan müsəlmanlarının hüquqlarını müdafiə etmək üçün çox çalışıb və nəticədə Pakistanın Hindistandan müstəqilliyinə gətirib çıxaran danışıqlarda əsas fiqur olub.
Telegram kanalımız