İsmayıllıda 1 tona yaxın narkotik məhv edildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda 1 tona yaxın narkotik məhv edildi - Foto

Kriminal

11 İyul 2020 16:09 782


İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Xanagah kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 903 kiloqram olan 787 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!