İsmayıllıda ağır yol qəzası,   ölən və yaralanan var

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda ağır yol qəzası, ölən və yaralanan var

Hadisə

04 Noyabr 2020 20:22 3148


İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün Muğanlı-İsmayıllı yolunda, Zərgəran kəndi ərazisində qeydə alınıb.

"Ford" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində Ucar sakini, 1988-ci il təvəllüdlü Məmmədov İman Həmid oğlu dünyasını dəyişib, həmyerlisi, 1990-cı il təvəllüdlü Məmmədov Elnur Sayəddin oğlu ağır xəsarətlər aldığı üçün İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. pizza mizza

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!