İsmayıllıda ata azyaşlı qızına təcavüz etdi 

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda ata azyaşlı qızına təcavüz etdi 

Kriminal

20 Aprel 2020 16:24 12985


İsmayıllı rayonunun Şəbiyan kəndində qandonduran cinayət hadisəsi baş verib. 

“Yeni Sabah”ın məlumatına görə, 45 yaşlı D. Asif Q. oğlu öz azyaşlı qızına təcavüz edib. 

2018-ci ildə Asif D. öz həyat yoldaşından ayrılıb və 4 uşağını da özü ilə saxlayıb. İçkiyə meyilli olan şəxs kimi polisdə qeydiyyatda da olub. 2 oğlu, 2 qızı olan Asif D. fərdi əməklə məşğul olub. Hadisə isə 3-4 gün öncə baş verib.  pizza sifarişi

Bundan sonra azyaşlı qızı qonşu Keyvəndi kəndində yaşayan anasına məlumat verib. Atanın nalayiq hərəkətindən xəbər tutan qadın dərhal rəsmi qaydada İsmayıllı Rayon Polis Şöbəsinə məlumat verib. 

Polisdə dindirilən Asif D. törətdiyi cinayət əməlini etiraf edib, həmçinin azyaşlı məhkəmə tibbi-ekspertizasından keçirilib. 

Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri- təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və rayon məhkəməsində hakim Rəfayel Şirinovun sədrliyi ilə Asif D. barəsində həbs- qətimkan tədbiri seçilib. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!