İsmayıllıda avtomobillər toqquşdu, ölən və xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda avtomobillər toqquşdu, ölən və xəsarət alanlar var

Hadisə

01 İyun 2024 21:30 700


İsmayıllıda minik avtomobili yük maşınına çırpılıb, ölən və xəsarət alanlar var.

"Report"un Yuxarı-Şirvan bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ" markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində, 2000-ci il təvəllüdlü Dəmirov Abuzər Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Dördpendirli pizza

Onun qardaşı, 2005-ci il təvəllüdlü Dəmirov Nurlan Azər oğlu və 1989-cu il təvəllüdlü Abbasov Müşfiq Rza oğlu isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!