İsmayıllıda dağlıq ərazidə yanğın başladı, hadisə yerinə helikopter cəlb edildi

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda dağlıq ərazidə yanğın başladı, hadisə yerinə helikopter cəlb edildi

Hadisə

29 Avqust 2021 18:49 964


İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir. pizza hut

İlkin məlumata əsasən dağlıq ərazidə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!