İsmayıllıda gənc oğlan həmyaşıdını qətlə yetirdi

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda gənc oğlan həmyaşıdını qətlə yetirdi

Kriminal

20 Dekabr 2020 22:18 1160


İsmayıllı rayonunda qətl törədilib.

Yenisabah.az xəbər verir ki, bu gün axşam saatlarında İsmayıllı şəhər sakini 2002-ci il təvəllüdlü Məsimli Səxavət Sübhan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Talıstan kənd sakini olan həmyaşıdı Musayev Fərid Mehdi oğlunu bıçaqlayıb.

Ürək nahiyəsindən xəsarət alan Fərid Musayev hadisə yerində dünyasını dəyişib. Qətli törədən Səxavət Məsimli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil. pizza hut

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!