İsmayıllıda itlərin hücum etdiyi kişi öldü

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda itlərin hücum etdiyi kişi öldü

Hadisə

14 Yanvar 2021 22:31 708


İsmayıllı rayonunun Kürdmaşı kəndində bədbəxt hadisə baş verib.

Yenisabah.az xəbər verir ki, 1984-cü il təvəllüdlü Vüqar Zahir oğlu Teyyubov yaşadığı Kürdmaşı kəndində qəflətən küçə itlərinin hücumuna məruz qalıb. İtlər onu dişləyərək ağır xəsarətlər yetirib. Hadisə zamanı qorxu və həyəcan keçirən Vüqar Teyyubovun halı pisləşib. O, hadisə yerindəcə vəfat edib.

Vüqar Teyyubovun ölümündə əsas səbəbin ürək çatışmazlığı olduğu bildirilir. Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Dominos pizza

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.  /Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!