İsmayıllıda koronavirus xəstəsi bazarda tutuldu

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda koronavirus xəstəsi bazarda tutuldu

Hadisə

18 Aprel 2021 16:21 548


İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı aktiv koronavirus xəstəsi olan şəxs ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, şəhər sakini Bəhruz Dünyamalıyevə sosial izolyasiya qaydalarına riayət edərək yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq o, polis əməkdaşları tərəfindən insanların hərəkətinin intensiv olduğu bazar ərazisində saxlanılıb. Həmin şəxslə izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə geri qaytarılıb.

İnfeksiyanın yayılmasına şərait yaradan B.Dünyamalıyev barəsində İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!