İsmayıllıda qanunsuz ocaqxana və kömür quyuları aşkar edildi

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda qanunsuz ocaqxana və kömür quyuları aşkar edildi

Maraqlı

23 Sentyabr 2022 12:53 1017


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı İsmayıllı rayonu, Tağlabiyan kəndinin ərazisində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində qanunsuz yolla ağac kömürü istehsal edən 4 ocaqxana və kömür quyusu aşkar olunub. 

Bu barədə Yenisabah.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Nazirliyin tərkibində olan Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, aşkar olunan kömür quyuları ləğv edilib və təqsirkar şəxslərin müəyyən olunması üçün toplanmış sənədlər İsmayıllı Rayon Polis Şöbəsinə göndərilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!