İsmayıllıda qaydaları pozan sürücülər cəzalandırıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda qaydaları pozan sürücülər cəzalandırıldı - Foto

Rəsmi

04 İyul 2021 17:27 1201


İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində, xüsusilə də hərəkətin intensiv olduğu küçə və prospektlərdə dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də səkilərdə, piyada keçidlərində nəqliyyat vasitələrini saxlayan sürücülərin müəyyən edilməsi məqsədilə nəzarət-profilaktiki tədbir keçirilib.

Bu barədə Yenisabah.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Keçirilən tədbir zamanı sadalanan qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən aşkarlanıb ki, onlara qaydalar izah edilib və barələrində inzibati protokol tərtib olunub. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!