İsmayıllıda qəza: Polis xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda qəza: Polis xəsarət aldı

Hadisə

28 May 2023 17:08 1066


İsmayıllı rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Yenisabah.az xəbər verir ki, İsmayıllı-İvanovka yolunda 31-BH-341 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili və 90-HE-183 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili toqquşub.

Hadisə zamanı avtomobillərin sürücüləri - rayonun Rusan kənd sakini 1976-cı təvəllüdlü Məmmədov Fəxrəddin Məhyəddin oğlu və Qalıncaq kənd sakini İsmayıllı rayon Polis Şöbəsinin post-patrul xidmətinin əməkdaşı 1995-ci il təvəllüdlü Bəhrəmli Səddam Fərrux oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. pizza mizza

Yaralılar dərhal İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!