İsmayıllıda vətəndaşlardan 41 ov tüfəngi götürüldü

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda vətəndaşlardan 41 ov tüfəngi götürüldü

Hadisə

16 Noyabr 2023 18:26 757


İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinindən qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Həmçinin, cari il ərzində rayon polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər zamanı vətəndaşlardan müvafiq sənədləri olmadan saxladıqları ümumilikdə 41 ədəd ov tüfəngi götürülərək aidiyyəti üzrə təhvil verilib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!