İsmayıllıda keçmiş məhkum saxlanıldı   - Səbəb

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda keçmiş məhkum saxlanıldı - Səbəb

Kriminal

15 İyun 2021 11:23 871


İsmayıllı rayonunda oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, rayonun Eyyubbəyli kəndi ərazisində yerləşən fermer təsərrüfatlarının birindən qoyunların oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 5 baş qoyunu oğurlayan şəxsin Laçın rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Yasin Əhmədov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Marqarita pizza

Saxlanılan şəxs ifadəsində oğurladığı heyvanları Bakı şəhəri ərazisində satdığını bildirib.

Aparılan araşdırmalarla Y.Əhmədovun daha bir cinayət əməlinin üstü açılıb. Belə ki, onun Ağsu rayon sakini Lətif İbrahimova məxsus mobil telefonu dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.

Faktlarla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!