İsmayıllının daha bir kəndinə qaz verilib

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllının daha bir kəndinə qaz verilib

Sosial

25 Mart 2019 16:44 865


Bu gün İsmayıllı rayonunun Qalacıq kəndinə ilk dəfə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən “Yeni Sabah”a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Bildirilib ki, 655 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 58 min 308 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. pizza hut

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!