İsmayıllıya dolu və qar yağdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıya dolu və qar yağdı - Foto

Hadisə

03 Aprel 2021 23:25 1085


Bu gün axşam saatlarında İsmayıllı rayonu ərazisinə dolu yağıb. Yağıntı sonradan qar və yağışa çevrilib.

Yenisabah.az xəbər verir ki, təxminən fındıq boyda olan dolu səbəbindən İsmayıllı-Qəbələ yolunda hərəkət edən avtomobillər qısa müddət ərzində dayanıb.

Bir sira kəndlərdə elektrik enerjisinin verilişi dayanıb. Dağlardan gələn sel suları və lil İsmayıllı-Lahıc yoluna tökülüb, nəqliyyatın hərəkəti çətinləşib. Hazırda  rayonun kəndlərində yağmurlu hava davam edir. Yol idarəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib, İsmayıllı-Lahıc və Muğanlı-İsmayıllı-Qəbələ yolunun təmizlənməsi üçün tədbirlər görülür. Ən çox yağıntı rayonun İstisu kəndi ərazisinə düşüb. Doludan sonra kəndə qar yağıb./APA pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!