«Qarabağ»ın hücumçusu Mahir Emreli daha bir təklif alıb.
Yenisabah.az-ın məlumatına görə, bu dəfə ona İspaniyadan dəvət gəlib.
Klubun adını hələ dəqiqləşdirə bilməsək də, iddiasını ortaya qoyan müştərinin La Liqa təmsilçisi olması məlumdur. Marqarita pizza
Qarşı tərəf artıq bununla bağlı Azərbaycan çempionuna rəsmit müracəit edib. İspanlar 23 yaşlı forvarda 2+1 illik müqavilə təklif edib. Burada əsas şərtlərdən biri Mahiri pulsuz əldə etməkdir. Yəni ki, La Liqa klubu heç bir təzminat ödəmədən onunla anlaşmaq istəyir. Onlar millimizin üzvünü üçüncü komandaya satacaqları təqdirdə, əldə olunacaq vəsaitin 20-30 faizini «Qarabağ»ın hesabına köçürməyi planlaşdırır.
Sportinfo-nun yazdığına görə, bu, Emrelinin sözügedən ölkədən aldığı ikinci dəvətdir. İlyarım öncə «Sevilya» belə bir təşəbbüsdə bulunmuşdu. Həmin vaxt Ağdam təmsilçisi ilə eyni qrupda mübarizə aparan Əndəlüs klubu uzunmüddətli müqavilə irəli sürmüşdü.
Razılaşma baş tutsaydı, Mahir ilk ili «Sevilya B»də keçirməli, daha sonra əsas komandaya cəlb olunmalıydı. Lakin «Qarabağ»ın müəyyənləşdirdiyi təzminat məbləği (1 milyon avro) «Sevilya»nı çəkindirdi və keçid baş tutmadı.
Telegram kanalımız