İspaniya klubu “Qarabağ“ın qapıçısını istəyir

saytların hazırlanması

Evə çatdırılma

İspaniya klubu “Qarabağ“ın qapıçısını istəyir

İdman

08 Fevral 2021 14:36 775


“Qarabağ”ın qapıçısı Emil Balayev yenidən legioner həyatı yaşaya bilər.

Yenisabah.az xəbər verir ki, apasport.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan millisinin qolkiperi İspaniyadan təklif alıb.

Ağdam klubunda əsas heyətə düşə bilməyən 27 yaşlı oyunçu La Liqa-2 təmsilçisi “Luqo”nun maraq dairəsindədir. Dördpendirli pizza

Qapı xəttini həmyerlimizlə gücləndirmək istəyən qalisiyalılar transferin qış fasiləsində baş tutması üçün onunla təmasa keçib. Lakin “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qapıçının mövsümün sonuna qədər komandada qalmasını məqsədəuyğun bilib.

Bu səbəbdən Balayevlə “Luqo” rəhbərliyi danışıqları mövsümün sonunda davam etdirmək qərarına gəliblər. Ancaq onun “Qarabağ”la müqavilə müddəti 2022-ci ilin yayına qədər olduğundan, ağdamlıların da keçidə razılığını almaq lazım gələcək.

Emil Balayev Almaniyada “Ayntraxt” və Qazaxıstanda “Tobol”un heyətində legioner həyatı yaşayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!