İspaniya La Liqasında koronavirus səbəbindən yaranmış 92 günlük fasilə başa çatıb.
Yenisabah.az xəbər verir ki, bu gün 28-ci turun açılış matçı keçirilib. Əndəlüs derbisində bürünc medala iddialı olan "Sevilya" Avropa Liqasına vəsiqə şansını hələ də itirməyən "Betis"i qəbul edib. İlk hissəsi bərabərə bitən qarşılaşmanın ikinci hissəsində 6 dəqiqə ərzində 2 qol vuran ev sahibləri görüşdən qalib ayrılıb.
Qeyd edək ki, turun digər oyunları iyunun 12-14-də keçiriləcək. Toyuqlu pizza
28-ci tur
11 iyun
"Sevilya" - "Betis" - 2:0
Qollar: Okampos, 56 (pen.), Fernando, 62
Telegram kanalımız